manera.az
manera.az

ÜST dünyada fövqəladə vəziyyət elan etdi

📅 31.01.2020 08:04

ÜST dünyada fövqəladə vəziyyət elan etdi
ÜST yanvarın 30-da Fövqəladə Komitənin Cenevrədə keçirilən görüşünün ardından dünyada fövqəladə vəziyyət qərarını qəbul edib.

Manera.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ÜST-ün keçirilən iclasında qəbul olunub.

Təşkilatın baş direktoru Tedros Adhan Qebreyesus xəstəliyin “görünməmiş” sürətlə yayıldığını bildirib.

Bununla belə, ÜST virus səbəbindən səyahətlərə və ticarət əlaqələrinə məhdudiyyətlər qoyulmasını tövsiyə etməyib.

Məlumata görə, hazırda bütün dünyada 7834 nəfər bu virusun daşıyıcısıdır. Onlardan 7736-sı Çində, 98-i isə ayrı-ayrı ölkələrdə qeydə alınıb. 1370 nəfərin vəziyyəti ağırdır. 171 nəfər isə dünyasını dəyişib. 12 min 167 nəfərdə isə xəstəlik şübhəsi mövcuddur.


Baxış sayı - 891 | Yüklənmə tarixi: 31.01.2020 08:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031