manera.az
manera.az

Türkiyə səfiri: “FETÖ terror təşkilatına qarşı mübarizə davam edir”

📅 13.07.2018 19:50

Türkiyə səfiri: “FETÖ terror təşkilatına qarşı mübarizə davam edir”
“FETÖ-ya qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb”

“15 iyul Türkiyənin tarixində mühüm qəhrəmanlıq günü idi. Təəssüf ki, həmin vaxt 250 nəfər vətəndaşımız şəhid oldu. FETÖ terror təşkilatı 40 ildə dövlətin içinə yerləşib və 15 iyul 2016-cı ildə hakimiyyəti ələ keçirməyə cəhd edib. Bu həmlə heç vaxt cəzasız qala bilməzdi. Təşkilatın rəhbərlərindən olan 661 nəfər barəsində müvafiq qərar qəbul edilib, 101 iş üzrə istintaq aparılır.”

MANERA.AZ xəbər verir ki, bu fikirləri bu gün keçirdiyi mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Türkiyə səfiri: “FETÖ terror təşkilatına qarşı mübarizə davam edir”

“Türkiyədə terrora qarşı çox ciddi mübarizə aparılır. Türkiyədə bir daha belə hal baş verə bilməz. FETÖ ilə mübarizəni xarici ölkələrdə də aparırıq. Bu məqsədlə 30 ölkədə onların tədris mərkəzləri bağlanılıb. Bundan başqa, FETÖ-yə qarşı həyata keçirilən tədbirlər nəticəsində 180 min nəfər dövlət işlərindən uzaqlaşdırılıb.” –deyə səfir bildirib.

E. Özoral eyni zamanda Azərbaycan dövlətinin FETÖ terror təşkilatına qarşı mübarizədə hər zaman Türkiyəni dəstəklədiyi üçün Azərbaycan prezidenti cənab İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.

Sonda Gəncə şəhərində baş verən hadisələrə münasibət bildirən səfir Azərbaycanda da terrora qarşı aparılan mübarizədə Türkiyənin sonadək qardaş ölkənin yanında olacağını bildirib.

Şəhla,
MANERA.AZ


Baxış sayı - 1 416 | Yüklənmə tarixi: 13.07.2018 19:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031