manera.az
manera.az

Kitabxanada Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunub

Kitabxanada Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunub
Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında tədbir təşkil olundu.

MANERA.AZ xəbər verir ki, tədbirə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətin Yasamal rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları dəvət olunmuşdular.

Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq, qeyd etdi ki, 1931-ci ildə “Cenevrə assosiasiyası zonaları”–“təhlükəsizlik zonaları” yaradılmışdır. Sonralar assosiasiya Beynəlxalq Mülki Müdafiə Təşkilatı adlandırıldı. 1972-ci ildə təşkilata Hökümətlərarası status verilmişdir. Hazırda təşkilata 56 ölkə daxildir, 18 dövlət isə müşahidəçi statusunda təşkilatda iştirak edir. Azərbaycan Respublikası 1993-cü ildən bu humanitar təşkilatın üzvüdür.

Yanğın növbəsinin rəisi, daxili xidmət leytenantı Məmməd Orucov çıxışında qeyd etdi ki, mülki müdafiənin əsas məqsədi əhalinin mühafizəsidir. M.Orucov bildirdi ki, həyəcan siqnalı verilən zaman əhali təhlükəsiz yerlərə köçürülməlidir. O, təbii fəlakət (sel, uçqun, zəlzələ), yanğın və digər fövqəladə hallar zamanı davranış qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.

Tədbirdə iştirak edən Məmməd Orucova, Seyran Hüseynova, Vasif Haqverdiyevə və Həzi Aslanova Çingiz Abdullayevin “Eramızın əzəlində sui-qəsd”, Kurt Davidin “Çingiz xan” kitabları hədiyyə edildi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 123456
78910111213
14151617181920
21222324252627
282930