manera.az
manera.az

"Necə yazmalı?"- Ernest Heminquey

"Necə yazmalı?"- Ernest Heminquey
“Həyat hamını sındırır, bəziləri sınan yerlərdən güclənir” – bu ifadə müharibənin həssas yetirməsi və dünya ədəbiyyatının rəngarəng səssizliyini əsərlərində cəmləmiş Heminqueyə aiddir.

Dünya ədəbiyyatının nəhənglərindən hesab olunsa da, ona ədəbi irsinin nəvələri tərəfindən sevilməsi nəsib olmayıb. Onun 25 yaşlı model nəvəsi Dri Heminquey müsahibələrindən birində babasının əsərlərini cansıxıcı hesab etdiyini deyib. Nəvəsi Heminqueyi cansıxıcı hesab etsə də, dünya ədəbiyyatına gələn hər yeni nümayəndə ondan hələ də yararlanır, öyrənir. Pulitzer və Nobel mükafatlarının qalibi olmuş, maraqlı bir ömür sürməsinə baxmayaraq, dünyanın yeknəsəqliyindən bezmiş Heminqueyin yazmaqla bağlı düşündüklərini və məsləhətlərini təqdim edirik.

• Qısa cümlələr yaz. Həmişə qısa bir cümlə ilə başla. Dinamik bir dilin olsun. Pozitiv olmağa çalış, neqativlikdən qaç.

• İstifadə etdiyin yazı dili yaşadığın zamana aid olsun, yoxsa mükəmməl yazmaq bir işə yaramaz.

• Sifətlərdən həddindən çox istifadə etməməyə çalış, xüsusilə də, üstünlük, mübaliğə ifadə edən sifətlərdən. “Əla, nəhəng, möhtəşəm, inanılmaz, mükəmməl” kimi qeyri-adilik ifadə edən sifətlərin sayı nə qədər az olsa, bir o qədər yaxşıdır.

• Həqiqətən də yazmaq qabiliyyəti, istedadı olan və demək istədiyi şeylərlə bağlı hiss etdiklərini səmimiyyətlə qələmə alan heç kim bu şərtlərə əməl etməklə pis və ya uğursuz bir ədəbi nümunə sərgiləyə bilməz.

• Yaza bilmək üçün mən birinci dəfə yazmağa başladığım otel otağını, uzaq keçmişdə qalmış yalnızlığımı xatırlamağa çalışıram. Sən də hamıya bir oteldə qaldığını de, amma tamamilə başqa bir oteldə qal. Əgər səni axtarıb, tapsalar, qaç. Təbiətə, çəmənliklərə köç. Əgər səni orda da tapsalar, yenə qaç. Başqa bir yerə. Hər zaman heç kimin bilmədiyi gedəcək bir yerin olsun. Bütün gün işlə, o qədər işlər ki, yerdə qalan enerjin ancaq qəzet oxumağa çatsın, başqa bir işlə məşğul olmayacaq qədər yorul. Sonra yemək yer, tenis oyna, ürəyin istəyirsə, heç nə eləmə. Ancaq bağırsaqlarının işləməsinə kömək edəcək işlərlə məşğul ol, onu da yorulana kimi et və sabah yenə yazmaqla başla günə.

• Yazıçılar təkbaşına işləməlidirlər. Buna məcburdurlar. Yalnız lap axırda, əsər bitəndə özlərini azad edə bilərlər, lap çox yox amma. Yoxsa Nyu-York yazıçılarından fərqləri qalmaz. Bir əsər yazan müəllif bir şüşənin içində yaşayan soxulcan kimi ya öz-özü ilə, ya da şüşə ilə olan münasibətlərindən qidalanmağa çalışır. Bəzən onun içində olduğu şüşənin artistik bir forması olur, bəzən iqtisadi, bəzən dini bir formaya düşür. Amma bir dəfə şüşənin içinə düşdümü bir yazar, həmişə orada qalır. Çünki şüşədən kənarda olan dünyada onlar yalnızdır, elə hiss edirlər. Onlar özlərini tənha hiss etməyi sevmir, inandıqları şeylərdə yalnız olduqlarını hiss etmək onları qorxudur.

• Bəzən yazmaq olduqca çətinləşir. Elə bilirəm ki, dünyanın ən çətin işidir. Belə zamanlarda cəsarət toplamaq üçün öz kitablarımı oxuyuram. Onları oxuduqca xatırlayıram – yazmaq mənə həmişə çox çətin, hətta bəzən imkansız bir iş kimi görünüb.

• Bir yazıçı əgər həqiqətən də işə yarayacaq, əhəmiyyətli bir yazardırsa, təsvir etməz, göstərməz. Ya kəşf edər, ya da təsvir etdiyi şeyi də özü qurar. Bir müəllif bunu şəxsi və ya kiməsə aid olan məlumatlarından istifadə edərək öhdəsindən gəlir bunun.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123456
78910111213
14151617181920
21222324252627
28293031