"Sığmazam" qəzəli Sami Yusufun ifasında - VİDEO

Azərbaycan əsilli məşhur musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.
Manera.az xəbər verir ki, "Nəsimi" kompozisiyası Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.
Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.
Əsəri xalq çalğı alətləri ansamblının müşayiəti ilə xor kollektivi ifa edir.
Kompozisiyada "Şur" muğamından da istifadə olunub.
Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisi Samirə Əliyevadır.
Sözügedən videonu videonu təqdim edirik. - Sami Yusuf - Nasimi