manera.az
manera.az

“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib

“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Nəsimi – 650” adlı layihə çərçivəsində Gəncliyə Yardım Fondunun “H.Z.Tağıyev zalı”nda dekarın 23-də “Yeni nəfəs” adlı qiraət müsabiqəsi təşkil olunub.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı İntiqam Yaşar qonaqları salamlayaraq bildirib: “Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2019-cu il “Nəsimi ili” elan olunmaqla ölkədə və ölkədən kənarda çoxsaylı tədbirlər həyata keçirildi. Bu gün toplaşdığımız tədbir də bu istqamətdə həyata keçirilən tədbirlərdən biridir. DGTYB-nin “Nəsimi – 650” adlı layihə çərçivəsində təşkil etdiyi “Yeni nəfəs” qiraət müsabiqəsi bizim dördüncü tədbirimizdir. Bundan öncə Bakı Konqres Mərkəzində, Zirvə Tədris Mərkəzində, ADPU-nun Şamaxı filialında bu layihə çərçivəsində çox yüksək səviyyədə tədbirlərimiz baş tutdu”.

Bundan sonra söz gənc qiraətçilərə verilib. Çıxış edən iştirakçılar Azərbaycan ədəbiyyatından müxtəlif ədəbi nümunələr səsləndiriblər.

Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikasının Xalq artisti Eldost Bayramın rəhbərliyi ilə Əməkdar artist Azad Şükürov, ADMİU-nun dosenti Nadir Hüseynovyazıçı-publisist Kənan Hacıdan ibarət münsiflər heyəti gənc qiraətçilərin çıxışlarını qiymətləndiriblər.

Verilən ballara uyğun olaraq birinci yerin qalibi Həsən Kür, ikinci yerin qalibi Cəmil Cəmilbəyli, üçüncü yerin qalibi isə Aytac Hümbətova olub.

Tədbirdə qonaq qismində iştirak edən qiraətçilərdən Xəzər Süleymanlı, Anar Adil, Ləman Nur, Müşfiqə Baləddinqızı, Elvin Əlizadə və başqalarının çıxışları da tədbir iştirakçılarının marağına səbəb olub.

Daha sonra müsabiqə qalibləri mükafatlandırılıb, digər iştirakçılara isə fəallıqlarına görə diplomlar təqdim olunub.

Sonda DGTYB başqanı İntiqam Yaşar bütün iştirakçılara və münsiflər heyətinə öz təşəkkürünü bildirib.

Xatirə şəkli çəkilməklə tədbirə yekun vurulub.

“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib
“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib
“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib
“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilib
“Yeni nəfəs” qiraət müsabiqəsi keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930