manera.az
manera.az

Yeni elmi jurnal yaradıldı

📅 05.12.2019 12:20

Yeni elmi jurnal yaradıldı
"Azərbaycan Dil Qurumu" İctimai Birliyi "Türk dünyası" adlı elmi jurnal təsis edib.

Manera.az xəbər verir ki, jurnalın elmi redaktoru "Azərbaycan Dil Qurumu"nun rəhbəri, Xalq şairi Sabir Rüstəmxanlıdır.

Dərginin baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Dilbər Camalidir.

Jurnalda bütün türk dünyasını yaxından maraqlandıran mövzularda (dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənət) orijinal məqalələr dərc olunacaq.

"Türk dünyası"nın ilk nömrəsi üçün artıq məqalə qəbulu başlayıb.

Dilçilik, türkologiya, tarix, etnoqrafiya, mədəniyyət və incəsənətə dair məqalələri turkdunyasi66@gmail.com e-poçtuna göndərmək olar.


Baxış sayı - 761 | Yüklənmə tarixi: 05.12.2019 12:20
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031