manera.az
manera.az

"Rus dilində təhsil ləğv olunmayıb" - Dilçilik İnstitutundan AÇIQLAMA

📅 22.06.2016 22:49

"Rus dilində təhsil ləğv olunmayıb" - Dilçilik İnstitutundan AÇIQLAMA
Son zamanlar mətbuatda Azərbaycanda rus dilində təhsilin ləğv olunması fikirləri diqqəti cəlb edir.

AMEA –nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı tərəfindən mətbuatda yayımlanan bu fikir ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Dilçilik İnstitutunun mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, institutun elmi işçisi Cahid İsmayıloğlunun rus dilində təhsilin ləğv olunması ilə bağlı açıqlaması onun şəxsi fikridir və Nəsimi adına Dilçilik İnstitutunun mövqeyini ifadə etmir.

Dilçilik İnstitutunda rus dilində elmi araşdırmalar aparılır, dissertasiya işləri müdafiə olunur. Bununla yanaşı, institutda Dil siyasəti şöbəsi fəaliyyət göstərir. Müxtəlif xalqların dilləri öyrənilir.

Ölkə konstitusiyasının 21-ci maddəsində göstərilir:

I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

İkinci maddədən göründüyü kimi, Azərbaycan Respublikasında yaşayan və müxtəlif dillərdə danışan əhalinin milli dillərinin sərbəst işlədilməsinə və inkişafına da dövlət tərəfindən tam təminat verilir.

"Bu mühüm amili nəzərə alaraq rus dilində təhsilin ləğv olunması ilə bağlı fikirlərini məqbul saymırıq."-deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, AMEA Dilçilik İnstitunun elmi işçisi Cahid İsmayıloğlu açıqlamasında ölkə.az-a bildirib ki, rus dili ölkəmizdə imperiyanın qalıqlarından biridir və biz bu qalıqdan tez bir müddətdə xilas olmalıyıq. Rus bölməsinin olması Azərbaycan dilinin və konkret olaraq uşaq ədəbiyyatının inkişafını ləngidir.





Baxış sayı - 1 545 | Yüklənmə tarixi: 22.06.2016 22:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031