manera.az
manera.az

“Dəli yığıncağı” tamaşası Tbilisidə

“Dəli yığıncağı” tamaşası Tbilisidə
Gəncə Dövlət Dram Teatrı oktyabrın 24-də Tbilisinin A.S.Qriboyedov adına Rus Dram Teatrında böyük ədib, Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı” tragikomediyası əsasında hazırladığı eyniadlı tamaşa ilə çıxış edib.

Manera.az xəbər verir ki, səhnə əsəri tamaşaçılara böyük ədibin 150 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi, Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ilə təqdim olunub.

Tamaşanın nümayişindən əvvəl çıxıs edən ağsaqqallar şurasının sədri İsak Novruzov C.Məmmədquluzadə yaradıcılığı ilə bağlı fikirlərini bölüşüb, səhnə əsərinin Gürcüstanda nümayişini böyük hadisə kimi qiymətləndirib.
“Dəli yığıncağı” tamaşası Tbilisidə
Teatrın baş rejissoru İradə Gözəlova tamaşanın əsas süjet xətti barədə danışıb.

Bildirilib ki, birhissəli "Dəli yığıncağı” tamaşasının quruluşçusu Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı Tünzalə Mustafayevadır.

Əsasən 1920-ci illərdə qələmə alınan səhnə əsərində o dövrün insanlarının cahilliyindən bəhs olunur.

Tamaşada əsas rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artistlər İlham Hüseynov, Elxan Yunis, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və digərləri ifa edib.

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Ağsaqqallar Şurasının üzvləri, paytaxt Tbilisi ilə yanaşı, Rustavi, Marneuli və Qardabani rayonlarından gəlmiş ziyalılar, tələbələr və gənclər də tamaşaya baxanlar sırasında olub.

Tamaşa başa çatdıqdan sonra səfir Dursun Həsənov, ağsaqqallar şurasının sədri İsak Novruzov və başqaları aktyorlarla görüşüb, onlara yaradıcılıq uğurları arzulayıblar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930