manera.az
manera.az

Tanınmış meksikalı yazıçı Azərbaycana gələcək

📅 08.10.2019 14:45

Tanınmış meksikalı yazıçı Azərbaycana gələcək
“Yaxın zamanlarda tanınmış meksikalı yazıçı David Toskananın Azərbaycana səfəri gözlənilir”.

Meksikanın Azərbaycandakı səfirliyindən Manera.az-a verilən məlumata görə, bunu oktyabrın 7-də Meksika səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ilə görüşdə deyib.

Ədəbiyyat sahəsində əməkdaşlığın inkişafı perspektivlərini araşdırmaq məqsədilə baş tutan görüş zamanı hər iki xalqın qarşılıqlı tanıtımı və yaxınlaşmasına təkan vermək üçün Meksika səfirliyi tərəfindən həyata keçirilən mədəni tədbirlərdən söz açılıb.

R. Labardini bu tədbirlərin yalnız paytaxtda deyil, həmçinin ölkənin regionlarında qeyd olunmasının vacibliyini qeyd edib: “Səfirliyin açılmasından etibarən siyasi və iqtisadi kimi müxtəlif sahələrdə ikitərəfli münasibətlərin əhəmiyyətli inkişafı yer alıb. Eyni zamanda, mədəniyyət, incəsənət, ədəbiyyat, rəssamlıq, musiqi, teatr və digər sahələrdə də əlaqələr möhkəmlənib”.

Yazıçılar Birliyinin sədri isə təcrübə mübadiləsinə töhfə verəcək birgə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı tərəflər gələcək layihələr üzrə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.


Baxış sayı - 989 | Yüklənmə tarixi: 08.10.2019 14:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031