manera.az
manera.az

Azərbaycanlı professordan dərs alan Tolstoy

Azərbaycanlı professordan dərs alan Tolstoy
Manera.az böyük rus yazıçısı Lev Tolstoyun doğum günü münasibəti ilə haqqında maraqlı faktları təqdim edir:

Rus ədəbiyyatının Aslanı

Ədiblər, yazıçılar ilə bağlı sənədli filmlər həmişə maraq əhatəmdə olub. Bu yazını yazmaq ideyası da Lev Tolstoy haqqında çəkilən sənədli filmə baxarkən yarandı. Müxtəlif mənbələrdən Rusiya ədəbiyyatına öz töhfəsini verən yazıçı haqqında toplayıb bir məqalə ərsəyə gətirdim. Lev Tolstoyun həyatını araşdırarkən maraqlı məqamlara rast gəldim. Bu məlumtara əsasən mən yazıçını ağır xarakterli insan kimi tanıdım. Ən maraqlı məqamdan biri isə onun azərbaycanlı professordan dərs alması faktı idi.

Lev Tolstoy və Şərq ədəbiyyatı…Azərbaycanlı müəllimi…

Tolstoyun Şərqə bağlılığı və marağı erkən yaşlardan başlayıb. Məhz bu maraq nəticəsində Lev Tolstoy Qazan Universitetinin Şərq dilləri fakültəsinə daxil olmaq istəyir. Bu istək onu 2il yarım hazırlaşmağa məcbur edir. O,bu illər ərzində azərbaycanlı professor M.M.Kazımbəydən ərəb, türk və tatar dillərini öyrənməyə başlayır. Nəhayət, 1844-cü ildə Qazan universitetinin Şərq fakültəsinə daxil olur, daha 1 il professor M.M.Kazımbəyin mühazirələrinə qulaq asır. Lakin bu istəyinə də marağı ölür, oradan uzaqlaşır.

Amma qəlbinin dərinliyində olan Şərq sevgisi çox sonralar da üzə çıxmışdır.1868-1872-ci illərdə tərtib etdiyi “Novaya azbuka” və 4 qiraət kitabına “Min bir gecə” nağıllarından 10-a qədər nümunə daxil etmişdi.1879-cu ildə şair A.A.Fetə yazdığı bir məktubda “Min bir gecə” nağıllarını mütləq şəkildə oxumağı ona tövsiyə edirdi.

Qafqaz…Məhəbbət ölkəsi…

Qafqaz xalqlarının həyat və mədəniyyəti ilə tanış olmaq istəyi Lev Tolstoyu Zaqafqaziyaya gətirib çıxardı.Xalasına göndərdiyi məktubda yazırdı:”Qafqazın ilham ölkəsi olub olmadığını bilmirəm, lakin o, şübhəsiz, məhəbbət ölkəsidir”. Yazıçı Zaqafqaziyada ən çox Tiflisi bəyənirdi. O, burada 2 il qalır, öz etirafına görə bu illər ömrünün ən xoşbəxt zamanı olur və ona çoxlu xeyir verib. Tolstoy burada Qafqaz həyatını təsvir edən “Qafqaz haqqında qeydlər”,”Meşənin doğranması” və bir çox əsərlər yazıb yaradır.5 il sonra bu illəri yada salıb yazırdı:”Mən orada elə düşünməyə başladım ki, insan bu cür ömründə bircə dəfə düşünə bilər…O zaman kəşf etdiklərim həmişəlik mənim etimadım olaraq qalacaqdır”.Qafqaz mövzusuna sonralar da müraciət edərək “Qafqaz əsiri”,”Bulka haqqında hekayələr”ini yazır.Bəlkə də Qafqaza olan məhəbbəti idi ki, rus hökumətinə təslim olan Hacı Muradın məğlubiyyətini təəssüf hissi ilə qardaşına olan məktubunda qeyd etmişdi:”O, bütün Çeçenistanda birinci igid və kişi adam idi, ancaq nanəciblik edib”.1896-1904-cü illərdə “Hacı Murad” povesti üzərində işləyir.

İvan Turgenev - dost, yoxsa düşmən?

Lev Tolstoy ilə İvan Turgenevin tanışlığı 1855-ci ilə təsadüf edir. O zaman Lev Tolstoy Sevastopolun müdafiəsindən bir neçə ay sonra Sankt-Peterburqa gəlmişdi.

Burada yazıçının tanışı az idi, İvan Turgenev Lev Tolstoya söz verdi ki, onu Rusiya yazıçılarının mühitinə daxil edib ədəbi sirdaşı olacaq.

Başlanğıcda hər şey bu cür oldu. Ancaq Tolstoy dözülməz xarakterini çox tez nümayiş etdirdi, artıq hər kəs bu xüsusiyətlərə görə ondan üz döndərirdi, ən böyük çanaq isə Turgenevin başında çatladı. Turgenev xoşagəlməz münasibətləri yoluna qoymaq üçün onunla bir neçə dəfə danışmağa cəhd etdi, amma istədiyi kimi olmadı. Lev Tolstoy həm də çox tərs idi. Onlar daima bir-biri ilə dalaşırdılar. Lev Tolstoyun gündəliyindəki qeydlər də bunu göstərirdi: “7 fevralda. Turgenevlə dalaşdım…”. “10 fevralda. Turgenevgildə nahar eləyirdim, biz yenidən görüşürük”. “12 martda. Turgenevlə mən, deyəsən, qəti ayrıldım”. “5 iyulda. Turqenev gəldi. O, ağlagəlməz dərəcədə qətiyyətli, soyuq və ağır insandır, mənim ona yazığım gəlir. Mən heç vaxt onunla birləşməyəcəyəm”.

Amma Turgenev gündəliyində qeyd etdiyi kimi, onu sevimli və gözəl insan hesab edir, pis cəhətlərini qısqanclığında və tərsliyində görürdü. Gah isti,gah soyuq münasibətlər, təxminən, 5 il 5 ay çəkdi. Bir dəfə Turgenevlə Lev Tolstoy tərbiyə ilə bağlı söhbət edərkən bərk mübahisəyə başladılar. İş o yerə çatdı ki, Tolstoy nümunə olaraq, Turgenevin kəbinsiz dünyaya gələn qızını göstərdi və xoşagəlməz sözlər dedi. Turgenev az qaldı onu vursun, ancaq güclə özünü ələ alaraq tüpürüb çıxıb getdi. O, duelə də çağıracağına söz verdi. Xoşbəxtlikdən duelin baş tutmasının qarşısını alan insanlar tapıldı. Amma Turgenev 17 il Tolstoyla danışmadı. Bu söhbət 1861-ci ildə olmuşdu, amma onlar 1879-cu ildə danışmağa başladılar. Onlar bir-birindən üzr istəyib qucaqlaşdılar.

Sərhədlər onları ayırırdı. Turgenev Fransada ,Lev Tolstoy Rusiyada yaşayırdı. Yalnız iki dəfə İvan Sergey Yasnaya Polyanaya gələ bilib. O, həmişə məktublarında Tolstoyu ədəbiyyata qayıtmağa səsləyirdi. 1883-cü ildə Turgenevin ölümündən sonra Tolstoy yazdı: “Turqgenev haqqında düşünürəm və onu dəhşətli sevirəm, peşman oluram və oxuyuram”. Hətta ağır xarakterli Tolstoy təəssüflənərək qeyd edir: “Ondan sonra yazıçı olmaq necə də çətindir”…

Çar hökumətinin təqibi

9O-cı illərində II yarısında çar hökuməti yazıçının üzərində nəzarəti gücləndirmişdi.Onun evinə tez-tez cəsuslar gəlirdi. Tolstoyun aradan götürülməsi düşünülsə də, cəsarət etmirdilər.”Novoye vremya” qəzetinin redaktoru A.S.Suvorin Tolstoyun nüfuzuna eyham vuraraq yazırdı: “Bizdə iki çar var: II Nikolay və Lev Tolstoy… Nikolay Tolstoya heç nə edə bilməz, onun taxtını sarsıda bilməz. Tolstoy isə,şübhəsiz, Nikolayın taxtını da, sülaləsini də məhv edə bilər”.

82 yaşında dünyasını dəyişən Lev Tolstoy 1910-cu il noyabr ayının 22-də Yasnaya Polyanada dəfn olunmuşdur.

Gülnar AxundovaБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930