manera.az
manera.az

"İnsanoğlunun tək bir təsirli silahı vardır- Qəhqəhə…"

📅 21.04.2015 14:11

"İnsanoğlunun tək bir təsirli silahı vardır- Qəhqəhə…"Bu gün görkəmli Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tvenin anım gündür.

O, 30 noyabr 1835-ci ildə ABŞ-ın Florida qəsəbəsində anadan olub. "Haklberri Finin sərgüzəştləri" (Adventures of Huckleberry Finn) və "Tom Soyerin macəraları" (The Adventures of Tom Sawyer) adlı romanları ilə oxucular arasında öz şöhrətini tapmışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olmuşdur.

Tanınmış amerika yazıçıları Vilyam Folkner Tveni Amerika ədəbiyyatının "atası", Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – "Haklberri Finin sərgüzəştləri" romanından "törədiyini" bildirmişdir. Onun "Kalaverasdan olan məşhur qurbağa" hekayələr toplusu (1865), "Günahsızlar yadellərdə" (1869), "Mətinlər" (1875), "Qızılı əsr" (1873), Ç.D. Uornerlə birgə yazmılmış roman, "Köhnə və yeni oçerklər" (1875), hekayələr toplusu, "Missisipidə köhnə vaxtlar" (1875), "Tom Soyerin sərgüzəştləri" (1876), "Şahzadə və dilənçi" (1882), "Missisipidə keçən həyat" (1883), hekayələr toplusu, "Haklberri Finin sərgüzəştləri" (1884), "Qoruyucu mələyə məktub" (1887),"Konnektikutdan olan yanki kral Arturun sarayında" (1889), "Fərsiz Vilson" (1894), "Janna d`Ark" (1896), "Müəmmalı yadelli" Şeytan haqqında yazdığı povest 1916-cl ildə nəşr olunmuşdur.

Mark Tven 1910-cu ildə ABŞ-nin Konnektikut ştatında vəfat etmişdir.

Xanım Aydın
Manera.az


Baxış sayı - 3 676 | Yüklənmə tarixi: 21.04.2015 14:11
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031