Oxunub : 302 | Tarix : 11-07-2015, 10:14 | Bölmə: Gundem

“Yarımçıq əlyazma” Monteneqro dilinə tərcümə edildi  | MANERA.AZ
manera.az
Azərbaycanın tanınmış dilşünas və ədəbiyyatşünas alimi, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin təşəbbüsü və ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə Monteneqro dilinə tərcümə edilib və nəfis tərtibatda çap olunub.

Azərbaycanın zəngin tarixi və mədəni irsini özündə ehtiva edən “Yarımçıq əlyazma” romanı ən yüksək qiymətə layiq görülərək onilliyin əsəri seçilib, bir çox mükafatlar qazanaraq Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, ABŞ, Avstriya, Qazaxıstan, Misir, İtaliya və digər ölkələrdə də çapdan çıxıb.

Romanın tərcüməsi maraqla qarşılandığı üçün nəşrin Monteneqronun nüfuzlu kitabxanalarına, elm və təhsil ocaqlarına paylanması nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər