manera.az
manera.az

Respublika elmi konfransı: Ərtoğrol Cavid - 100

📅 25.07.2019 10:51

Respublika elmi konfransı: Ərtoğrol Cavid - 100
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə oktyabrın 22-də Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunan respublika elmi konfransı keçiriləcək.

AMEA-dan Manera.az-a bildirilib ki, “Ərtoğrol Cavid - 100” mövzusunda konfransda iştirak etmək istəyən tədqiqatçılar sentyabrın 15-dək elmi məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- həcmi - 5 səhifədən çox olmamalıdır;
- şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;
- istinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.


Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

MANERA.AZ


Baxış sayı - 1 125 | Yüklənmə tarixi: 25.07.2019 10:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031