manera.az
manera.az

Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında

📅 24.07.2019 11:22

Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında
Türkiyənin Bayburt şəhərində növbəti dəfə Beynəlxalq Dədə Qorqud Festivalına start verilib. Ölkəmizi bu tədbirdə Azərbaycanı Dövlət Akademik Musiqili Teatrının balet truppası təmsil edir.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirilib ki, tədbirdə 1300 illik bir zaman kəsiyində öz tarixi öyüdləri ilə yaşayan və türk coğrafiyasında hikmətli nəsihətləri ilə mənəvi varlığını sürdürən Dədə Qorquda məhəbbətin izharı olaraq bütün türkdilli dövlətlərdən dəvət olunmuş qonaqlarla yanaşı, qonşu ölkələrdən gəlmiş folklor kollektivləri də iştirak edirlər.
Akademik Musiqili Teatr Dədə Qorqud Festivalında
Masat yaylasında başlayan şənliklər Dədə Qorqudun şəhər mərkəzindəki abidəsi önündən yürüşlə davam etdirilib. Yerli sakinlər, habelə bu günlərdə dünyanın hər yerindən axışaraq bu şənliyə qatılan yüzlərlə tədbir iştirakçıları Mustafa Kamal Atatürkün adını daşıyan möhtəşəm meydanda Azərbaycan, Gürcüstan və Türkiyənin müxtəlif rəqs və folklor kollektivlərinin çıxışlarını maraqla izləyiblər.

Qeyd edək ki, bir həftə davam edəcək bu mədəniyyət və sənət bayramı ilk dəfə 25 il əvvəl təşkil olunub.

MANERA.AZ


Baxış sayı - 1 156 | Yüklənmə tarixi: 24.07.2019 11:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031