manera.az
manera.az

Pedaqoji Universitetdə “Ulduz”lu görüş

📅 19.10.2018 11:35

Pedaqoji Universitetdə “Ulduz”lu görüş
Oktyabrın 18-də Azərbaycan Pedaqoji Universitetində "Ulduz” jurnalının redaksiya heyəti ilə filologiya fakültəsinin tələbələri arasında görüş keçirilib.

Fakültənin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov və "Ulduz”un baş redaktoru Qulu Ağsəs tələbələri dövlət müstəqilliyinin bərpası günü münasibətilə təbrik edəndən sonra jurnalın əməkdaşlarına söz verildi.

Poeziya və nəsr nümunələri səsləndirilən tədbirdə tələbələrin də yaradıcılığına yer ayrıldı.

Səmimi ab-havada keçən görüş zamanı 25 tələbəyə "Ulduz” jurnalı təqdim olundu.

Universitetin yaradıcı gəncləri isə öz yazılarını qonaqlara təqdim etdilər. Qərara gəlindi ki, bu təmaslar mütəmadi xarakter alsın./artkaspi.az/
Pedaqoji Universitetdə “Ulduz”lu görüş
Pedaqoji Universitetdə “Ulduz”lu görüş

MANERA.AZ


Baxış sayı - 1 141 | Yüklənmə tarixi: 19.10.2018 11:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930