manera.az
manera.az

Kimsə adını çəkdi - ŞEİRLƏR

Kimsə adını çəkdi - ŞEİRLƏR
Kimsə adını çəkdi

Bir şeir yazdım sənə,
Həsrət qoxdu, qəm qoxdu.
Kimsə adını çəkdi,
Ürəyim çox darıxdı.

Yenəmmədim qüruru,
Ağlamaq da çətindi.
Səhər çox gec olacaq,
Vaxtın varsa gəl indi.

Bu şəhər sənsiz bomboş,
Mənası yox heç nəyin.
Çox şeyi dəyişdirər,
Bircə dəfə gəlməyin.

Nigaranlığım keçər,
Gözüm yoldan yığılar.
Arxayın olub qalma,
Hər anın öz hökmü var.

Bu dünyadan köçməmişəm

Bilsən necə qəm çəkirəm,
Divar nəmi çəkən kimi,
Göz yaşlarım selə dönür,
Gün gecəyə keçən kimi.

Düyünlənib acı qəhər,
Boğur məni yenə gecə.
Ürəyimə verir kədər,
Həsrət olub bir bilməcə.

Bilmirəm ki, bu nə sirdi,
Bilməm, nəyə narahatam.
Yadıma gəlmir bir ildi,
Başım atıb,rahat yatam.

Vücudumun təpəri yox ,
Ruh bədəndə yerin danır.
Nə göylərə təslim olur,
Nə yerdəki yerin anır.

Yazan özü belə yazıb,
Taleyi mən seçməmişəm.
Ölüdən betərəm onsuz,
Bir dünyadan köçməmiş.


***
Hərdən yuxuma gəlirsən
Yuxum elə şirin olur.
Oyanmağa gözüm gəlmir,
O an yuxum dərin olur.

Yuxudan oyadan olsa,
Gözümü bərk bərk sıxıram.
Sənlə olan yuxumu,
Yaddaşıma yığıram.

Gün boyu xatırlayıb,
(Məktəbli qızlar kimi )
Gizli-gizli gülərəm.
Sən yuxuma gəlməsən,
Bəlkə də mən ölərəm.


***
Başıma nə yaxşı şey gəldisə,
Burnumdan gəldi.
Yaxama yapışdı
pis olan hər kəs,
Gözümü dəldi. ..
Haqsızlıqlar yordu məni,
Haqq görür dedim,durdum.
Günahkarsan dedikləri hər şeydə dupduruydum.
Ahlarla yandı qəlbim,
İçimdən yıxıldım, içimdən çökdüm.
Allah yazmayan dərdi,
İnsanlar verdi çəkdim.

Şəhərim

Toz altda boğulan nazlı şəhərim,
Tozanaq dumanlı səhərin xeyir !
Təmiz havasına həsrət qaldığım,
Bu hava bir daha düzələn deyil.

Bəlkə də düzələr bir gün nə vaxtsa,
Allah yağışını bir az bol eylər.
Bəlkə də hər şeyə çarə tapılar,
Azalsa ünvansız qalan gileylər.

Qaçqınlı köçkünlü, yerli yersizli,
Hər dara düşənə qucaq açanım.
Sən ümid yerisən pənah yerisən,
Baş alıb özündən özü qaçanın.

Aysel NƏSİRZADƏБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930