Bakıda 2-ci kitab festivalı keçirilib

Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2 illiyinə həsr olunan 2-ci kitab festivalı keçirilib.
Manera.az xəbər verir ki, festivalda Milli Məclisin deputatları, yazıçılar, ziyalılar, gənclər iştirak ediblər.
Tədbirin məqsədi gənc nəsldə mütaliə vərdişlərinin yaradılması, nitq və təfəkkürünün formalaşması üçün kitaba marağını artırmaqdır.
Tədbirdə 20-yə yaxın nəşriyyat, kitab evləri öz kitablarını stendlərdə nümayiş etdirib.
Festivalda yeni kitablar da təqdim olunub. Bundan başqa Festival çərçivəsində 15 müəllifin imza günü keçirilib.







Tural Adışirin
MANERA.AZ