manera.az
manera.az

“Bir gəncin manifesti” romanı gürcü dilində

📅 27.04.2019 19:42

“Bir gəncin manifesti” romanı gürcü dilində
Azərbaycanın görkəmli yazıçısı, alim və pedaqoqu Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində nəşr olunub.

Manera.az xəbər verir ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində kitabın təqdimat mərasimi keçirilib.

Kitab “Azərbaycan aləmi” Mədəniyyət Mərkəzi İctimai Birliyinin dəstəyi ilə işıq üzü görüb. Əsəri gürcü dilinə tərcümə edəni İmir Məmmədli, redaktoru isə Mirzə Məmmədoğludur.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva xatırladıb ki, aprelin 26-da Mir Cəlal Paşayevin anadan olmasından 111 il ötür: “Kitab görkəmli yazıçının doğum günü ərəfəsində gürcü oxucularına təqdim olunur. İnanıram ki, “Bir gəncin manifesti” əsərini gürcü oxucuları böyük maraqla qarşılayacaqlar. Kitab həmçinin Gürcüstan oxucularının Mir Cəlal Paşayevin yaradıcılığı ilə yaxından tanış olmasına imkan yaradacaq”.
“Bir gəncin manifesti” romanı gürcü dilində
Digər çıxış edənlər “Bir gəncin manifesti” əsərinin gürcü dilinə tərcümə olunmasını yüksək qiymətləndirərək, yeni kitabın Azərbaycan və Gürcüstan arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini bildiriblər.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, azərbaycanlı və gürcü ziyalılar, gənclər iştirak ediblər.

MANERA.AZ


Baxış sayı - 1 138 | Yüklənmə tarixi: 27.04.2019 19:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031