manera.az
manera.az

Aşıq Pəri məclisinin konserti olacaq

Aşıq Pəri məclisinin konserti olacaq
İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçiriləcək.

Saraydan Manera.az-a verilən məlumata görə, aşıq gecəsində əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Aşıq Samirə, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər.

Gecədə həmçinin tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddin qızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək. Konsertin aparıcısı Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu olacaq.

Saat 19:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz. Biletlərin qiyməti 10-30 manat təşkil edir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930