manera.az
manera.az

Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı

📅 12.06.2018 18:58

Gülnar Səmanın Latviyada monoqrafiyası çapdan çıxdı
Gülnar Səmanın Latviyanın Riqa şəhərində monoqrafiyası çap olunub.

MANERA.AZ xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi olan Gülnar Vaqif qızı Qasımlı 2014-cü ildən Ədəbi tənqid şöbəsinin doktorantıdır.

Onun Latviyada çap olunan bu kitabı filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya mövzusu olan müstəqillik dövrü Azərbaycan poemalarından bəhs edir.

Azərbaycan dilində yazılan “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” dissertasiyası rus dilinə tərcümə edilərək “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən yayımlanmışdır./edebiyyatqazeti.az/


Baxış sayı - 2 094 | Yüklənmə tarixi: 12.06.2018 18:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930