manera.az
manera.az

“Torpağın səsi” adlı konsert proqramı təqdim olunub

📅 20.04.2019 12:06

“Torpağın səsi” adlı konsert proqramı təqdim olunub
Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində konsert proqramı təqdim olunub.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “Torpağın səsi” layihəsi çərçivəsində reallaşan konsert kollecdə təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. Layihə rəhbəri Elnur Səlimovun AZƏRTAC-a verdiyi məlumata görə, əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı iştirak edib.

Məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başlayan konsert iki saat davam edib.


Baxış sayı - 1 034 | Yüklənmə tarixi: 20.04.2019 12:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930