manera.az
manera.az

Sevinc Nuruqızı Türkiyədə 1-ci yerə layiq görüldü

📅 18.04.2019 19:47

Sevinc Nuruqızı Türkiyədə 1-ci yerə layiq görüldü
İlesam-Akçağ 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 (KİTAB DOSYASI) müsabiqəsinin yekunları 15 aprel 2019-cu il tarixində İLESAM-ın Genel Başkanı Mehmet Nuri Parmaksız tərəfindən İLESAM Baş ofisində açıqlandı.

Manera.az xəbər verir ki, müsabiqənin roman nominasiyasında birinci yeri Azərbaycandan olan uşaq yazıçısı Sevinc Nuruqızının “Melissa” (İmdat Avşarın tərcüməsində) əsəri qazandı.

Yarışmada birincilik qazanan əsərlər Akçağ Kitabevi tərəfindən kitab şəklində nəşr olunacaq.

Qaliblərin mükafatı may ayı içində düzənlənəcək tədbirdə sahiblərinə təqdim ediləcək.

Xatırladaq ki, Sevinc Nuruqızı uşaq yazarıdır və onun “Çərpələng”, “Sarı qız, Dız vəVız” , “Ağ xoruzun hekayəti”, “ Qisas” , “Ciya ilə iki gün” , “İpəkcənin macəraları”, “Qəribə kəndin nağılı” kimi kitabları dərc olunub.

MANERA.AZ


Baxış sayı - 2 232 | Yüklənmə tarixi: 18.04.2019 19:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031