manera.az
manera.az

"Uşaq kitab karvanı"nın səfərləri başa çatıb

📅 14.11.2017 11:43

"Uşaq kitab karvanı"nın səfərləri başa çatıb
Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində həyata keçirilən səfərlər başa çatdı.

Əvvəlcədən xəbər verdiyimiz kimi, layihə çərçivəsində Salyan, Neftçala, Biləsuvar və Sabirabad rayonlarında görüşlər keçirilib.

Səfərdə uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyatzadə və Reyhan Yusifqızı iştirak ediblər.

Səmərəli keçən səfərdə bölgələrdə fəaliyyət göstərən MKS-ların uşaq kitabxanalarının hər birinə kitab karvani ilə gətirilən bağlamalarında nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakatlar və vəsaitlər hədiyyə edilib.

Bütövlükdə isə “Uşaq Kitab Karvanı” layihəsi adı ilə həyata keçirilən silsilə səfərlərdə 2011-ci ildən indiyə qədər 26 rayona 22 min nüsxədən çox kitab bağışlanıb.


Baxış sayı - 1 265 | Yüklənmə tarixi: 14.11.2017 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031