manera.az
manera.az

“Qadın sirləri” adlı sərgi açılıb

📅 18.04.2019 12:02

“Qadın sirləri” adlı sərgi açılıb

İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Qadın sirləri” adlı rəsm sərgisinin açılışı olub.

Manera.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”ın dəstəyi ilə reallaşan sərgi bütün dövrlər üçün aktual olan qadın mövzusuna həsr edilib.

Sərgidə yaşlı nəslin nümayəndəsi olan rəssamların əsərləri nümayiş edilir. Əl işləri arasında xüsusi bir ekspozisiya mövcuddur ki, o, Azərbaycanın məşhur rəssam və rejissorunun şəxsi kolleksiyasına məxsus rəsmləri əhatə edir. Söhbət uşaqlığımızın xatirəsi olan cizgi filmlərimizi ərsəyə gətirmiş şəxslərdən biri - Nazim Məmmədovdan gedir. Onun sərgidə yer alan əsərləri ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim edilir. Həmçinin ziyarətçilər posterdə əks olunmuş müəllifi Eldar Babayev, eyni zamanda, Rafael Əliyev və başqaları olan əsərlərə baxa bilər.

Aprelin 27-dək davam edəcək sərgidə 15-ə qədər boyakarlıq nümunəsi ziyarətçilərin ixtiyarına verilib.


Baxış sayı - 998 | Yüklənmə tarixi: 18.04.2019 12:02
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930