manera.az
manera.az

Azərbaycanla YUNESKO arasında müqavilə imzalandı

📅 29.03.2019 14:08

Azərbaycanla YUNESKO arasında müqavilə imzalandı
Azərbaycan hökuməti ilə YUNESKO arasında iyunun 30-dan iyulun 10-dək Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanıb.

Nazirlikdən Manera.az-a verilən məlumata görə, sənədi Azərbaycan kökuməti tərəfdən mədəniyyət naziri Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilib.

MANERA.AZ


Baxış sayı - 1 026 | Yüklənmə tarixi: 29.03.2019 14:08
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930