“Xəzər” jurnalının yeni sayı

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.
Jurnalın bu sayında:
“Nobel kürsüsü” rubrikasında – Uilyam Batler Yeytsin şeirləri;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – “İsa İsmayılzadə, yaxud “sözün rəsmi”” yazısı və İsa İsmayılzadənin şeirləri;
“Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;
“Buker mükafatı laureatları” rubrikasında – Lidia Devisin “Gələcəkdə yazıçılar redaktəyə ciddi yanaşmayacaqlar” başlıqlı müsahibəsi və hekayələri;
“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş üçüncü hissə;
“Hekayə” rubrikasında – Konn İqquldenin “Qara su” hekayəsi;
“Esse” rubrikasında – Orxan Pamukun “Orxan bəy, bunları həqiqətən yaşamısınız?” essesi;
“Memuar” rubrikasında – Marqaret Selincerin “Xəyallarda uçurumdan qoruyan: atam C.D.Selincer” yazısı;
“Avropa poeziyası” rubrikasında – Paul Selanın şeirləri;
“Yaddaş” rubrikasında – Kazım Yaşar Kopramın “Misir məmlükləri” tarixi araşdırması;
“Roman” rubrikasında – Alber Kamyunun “Xoşbəxt ölüm” romanının ikinci hissəsi;
“Teatr” rubrikasında – Treysi Lettsin “Avqust. Osaj qraflığı” pyesi;
“Dünya uşaq ədəbiyyatı kitabxanası” rubrikasında – Vsevolod Qarşinin “Səyyah qurbağa” nağılı yer alıb.
MANERA.AZ