manera.az
manera.az

“Xəzər” jurnalının yeni sayı

📅 31.10.2018 12:39

“Xəzər” jurnalının yeni sayı
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.

Manera.az-ın verdiyi xəbərə görə oxucular bu sayda da bir-birindən maraqlı şeirlər, esselər, hekayələrlə tanış olaca biləcəklər.

Jurnalın bu sayında:

“Nobel kürsüsü” rubrikasında – Yorqos Seferisin şeirləri;

“Yubiley” rubrikasında – A.Məsudun şairə həsr edilmiş essesi və Vaqif Bayatlı Odərin şeirləri;

“Bəşəri dəyərlər” rubrikasında – Lao Tszının “Dao de Dzin” əsəri;

“Servantes mükafatı laureatları” rubrikasında – Karlos Fuentesin “Aura” hekayəsi;

“İman işığı” rubrikasında – akademik Nizami Cəfərovun “Әhdi-Әtiqdən Әhdi-Cədidə” mə­qaləsi;

“İlahi keçid” rubrikasında – “Tövrat”dan tərcümə edilmiş birinci hissə;

“Hekayələr” rubrikasında – Simon Vestdeykin hekayələri;

“Çağdaş dünya poeziyası” rubrikasında – Adonis (Әli Әhməd Səid İbsir), Vilya-Tuliya Huotarinen və Katarina Vuopunenin şeirləri;

“Buker mükafatı laureatları” rubrikasında – Olqa Tokarçukun hekayələri;

“Korifeylər” rubrikasında – Haynrix Böllün “Kişisiz ev” romanının davamı;

“Memuar” rubrikasında – Ernest Heminqueyin “Həmişə səninlə olan bayram”,

“Roman” rubrikasında – Covanino Quareskinin “Don Kamillonun kiçik dünyası” əsərləri yer alıb.

MANERA.AZ


Baxış sayı - 1 191 | Yüklənmə tarixi: 31.10.2018 12:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031