manera.az
manera.az

Türkiyə səfiri: "Azərbaycanın torpaqları azad olunmayınca biz də rahat olmayacağıq"

📅 26.02.2019 11:49

Türkiyə səfiri: "Azərbaycanın torpaqları azad olunmayınca biz də rahat olmayacağıq"
"Manera.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın", - səfir əlavə edib.

"Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın, kimlərsə buna cəsarət etməsin. Azərbaycanın torpaqları azad olunmayınca, qaçqın və məcbüri köçkünlər öz yurd-yuvalarına qayıtmayına qədər biz də rahat olmayacağıq",- o, vurğulayıb.

Səfir qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı Türkiyənin bir çox vilayətlərində anım tədbirləri keçirilir.


Baxış sayı - 1 060 | Yüklənmə tarixi: 26.02.2019 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930