"SÖZ" ədəbi layihəsinin növbəti qonağı Varis oldu

«Söz" - yenə də öz ampluasında
Bu dəfə də maraqlı qonaq və inanılmaz dərəcədə hərarətli atmosfer
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "SÖZ" ədəbi layihəsinin növbəti qonağı tanınmış yazıçı, 11 bestseller müəllifi, bir çox beynəlxalq ödüllərə, o cümlədən Avrasiya materikinin ədəbiyyat üzrə LiFFt festivallar festivalının qızıl medalına layiq görülmüş Varis oldu.
Niyə məhz bu müəllif?
Layihənin rəhbəri Nigar Həsən-zadə qeyd etdi ki, Varis onun diqqətini yalnız yazdığı bestsellerlərin sayına görə cəlb etməyib. Yazıçıda onu cəlb edən, həm də, heç cür adi adlandırmaq mümkün olmayan ədəbi taleyi, uğura doğru şüurlu yolu, intellektual, eləcə də olduqca təsirli və dərin yazıçılıq xəttidir.
Bu yazıçı uğur qazanması, kütləvi oxucu sevgisinə tuş gəlməsi üçün yalnız əsərlərinə savadlı və maraqlı "skelet" qurmur, o, həm də, hər bir əsərində sevgi, xeyirxahlıq, təəssübkeşlik, mərhəmət, habelə Vətən məfhumlarını xatırlatmağı unutmur. 
Varisin kitabları o kitablardır ki, xalqının, dövlətinin milli maraqlarını heç zaman unutmur, əcnəbi oxucuda bu maraqlara hörmət və ehtiram aşılayır.
"Söz" layihəsinin gecəsi həmişəki kimi yenə də çox gözəl, intellektual auditoriya toplamışdı. Qonaqlar müəllifin məşhur romanlarının bir-birindən maraqlı talelərini həvəslə dinlədilər.
Gecənin qonaqları arasında əməkdar mədəniyyət və incəsənət xadimləri, gənc ədiblər, hətta uşaqlar da var idi. Müəyyənləşdi ki, ən balaca qonaq 6 yaşındadır.
Nigar Həsən-zadə "Söz" layihəsinə maraq göstərdiklərinə görə hər bir iştirakçıya minnətdarlıq ifafə elədi, yazıçı Varis Yolçuyevə, Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
MANERA.AZ