manera.az
manera.az

Azərbaycan beynəlxalq ədəbiyyat festivalının qalibi oldu

📅 29.05.2018 18:19

Azərbaycan beynəlxalq ədəbiyyat festivalının qalibi oldu
Yazıçı Varis Yolçuyev Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalının baş mükafatına layiq görülüb.

MANERA.AZ xəbər verir ki, festivalın qalibi olmuş həmyerlimizə qızıl medal, “Qızıl LiFFt” seriyasından yüksək tirajla “Metamorfoza“ romanının çap edilməsi müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltifetmə mərasimində, eləcə də “Rossiya” telekanalına müsahibəsində yazıçımız bu qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, 30-dan çox ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda Azərbaycanın və qardaş Türkiyənin yazarları ilk dəfə iştirak ediblər.

Böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, “dəyirmi masa”lar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları və maraqlı incəsənət proqramlarını əhatə edən festival Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala-gecə ilə yekunlaşıb. Rusiyanın və qonşu ölkələrin dövlət və hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının, Rusiyanın aparıcı mediasının, eləcə də materikin bir neçə ölkəsindən gəlmiş jurnalistlərin təşrif buyurduğu bu mərasim Azərbaycan üçün uğurlu keçib.

Çexiya, Avstriya, Rusiya, Monqolustan, Almaniya və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallara layiq görülüblər. Festivalın bütün iştirakçılarına fəxri diplomlar və sertifikatlar təqdim edilib.

Əvvəlki iki “LiFFt” festivallar festivalının qalibləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olub.


Baxış sayı - 1 488 | Yüklənmə tarixi: 29.05.2018 18:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031