manera.az
manera.az

"Nəsimi İli"nə daha bir töhfə: haqqında monoqrafiya hazırlanır

📅 01.02.2019 17:40

"Nəsimi İli"nə daha bir töhfə: haqqında monoqrafiya hazırlanır
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur.

Kitabxanadan Manera.az-a bildirilib ki, “Şair və yazıçı tribunası” sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani” monoqrafiyası çapa hazırlanıb.

Monoqrafiya “Ön söz”, “Nəsimi Şirvani haqqında”, “Nəsiminin gəzdiyi coğrafiya”, “Nəsimi şeirinin qaynaqları”, “Hürufiliyin mənbəyi və təzahürü”, “Sakral rituallar”, “Nəsimi yaradıcılığı”, “Nəsimi şeirinin ecazı” və s. bölmələrdən ibarətdir.

Əsərin elmi redaktoru, filologiya elmləri doktoru Fəridə Əzizova, elmi məsləhətçilər, akademik Vasim Məmmədəliyev İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

MANERA.AZ


Baxış sayı - 1 294 | Yüklənmə tarixi: 01.02.2019 17:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031