manera.az
manera.az

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub

📅 30.11.2018 19:01

Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub
Xalq şairi Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub.

Manera.az xəbər verir ki, “Əxtar” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən poemanı fars əlifbasıyla nəşrə İran Aşıqlar Birliyinin sədri, aşıq Səlcuq Şahbazi hazırlayıb.

Noyabrın 24-dən 27-dək Təbrizdə keçirilən I Beynəlxalq Aşıqlar Festivalının ilk günü məhz bu kitabın təqdimatına həsr olunub. Təqdimat mərasimində İranın Şərqi Azərbaycan vilayətinin və Təbriz şəhər bələdiyyəsinin rəhbərliyi, İran parlamentinin üzvləri ilə yanaşı, Azərbaycandan dəvət olunmuş qonaqlar da iştirak ediblər.

Şərqi Azərbaycan vilayəti valisinin müavini Bədri Şükuhi, Təbriz bələdiyyəsinin sədri İrəc Şahin Baher, İran parlamentinin üzvü Rza Beygi və digər çıxışçılar Zəlimxan Yaqubun bir şair kimi böyüklüyündən, “Peyğəmbər”in Təbrizdə çap olunmasının və belə tədbirlərin davamlı təşkilinin əhəmiyyətindən danışıblar.
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması Təbrizdə nəşr olunub
Kitabın nəşrində və bütövlükdə tədbirin keçirilməsində böyük zəhmətləri olan Təbriz şəhəri üzrə Elmi İnstitutun rəisi Seyyid Bəlaği tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb və bu yöndə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Zəlimxan Yaqub irsinin araşdırıcısı Musa Nəbioğlu və şairin qardaşı Çingiz Yaqubov Xalq şairinin bu əsərinin Təbrizdə nəşr olunmasını və belə bir təqdimat mərasiminin keçirilməsini yüksək dəyərləndirərək tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

MANERA.AZ


Baxış sayı - 1 330 | Yüklənmə tarixi: 30.11.2018 19:01
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031