manera.az
manera.az

Zəlimxan Yaqubun xatirəsi anılıb _MANERA

📅 29.01.2016 11:28

 Zəlimxan Yaqubun xatirəsi anılıb _MANERA
Yanvarın 28-də Rustavi şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılıb.

Gürcüstanda fəaliyyət göstərən Salam Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova tədbiri açaraq xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığından söhbət açıb, söz ustadının xatirəsinin xalqımızın yaddaşında uzun illər yaşayacağını bildirib.

Z.Yaqubun yaradıcılığında Gürcüstan-Azərbaycan dostluğunun tərənnüm olunduğu, buna görə də onun yaradıcılığına Gürcüstanda da böyük qiymət verildiyi və şairin bu ölkənin “Şərəf” ordeni ilə təltif olunduğu bildirilib.

Aşıqlar xalq şairinin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Sonda “Zəlimxanı diri saxla” sənədli filmi nümayiş etdirilib.

Mərhumun qardaşı Çingizxan Yaqubov şairin ailəsi adından çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq edib.


Baxış sayı - 1 996 | Yüklənmə tarixi: 29.01.2016 11:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31