manera.az
manera.az

Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək

📅 25.11.2018 17:26

Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək
Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Təhsil Nazirliyindən Manera.az-a verilən məlumata görə, qurultayda təhsil naziri Ceyhun Bayramov, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.

Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin qurultayda ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.

MANERA.AZ


Baxış sayı - 1 474 | Yüklənmə tarixi: 25.11.2018 17:26
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930