manera.az
manera.az

“YARAT”da memarlıq sənətinə aid mühazirə

📅 22.11.2018 19:28

“YARAT”da memarlıq sənətinə aid mühazirə
Dekabrın 4-də "YARAT” Müasir İncəsənət Mərkəzində "Şəhər bir orqanizm kimi” mövzusunda mühazirə dinləniləcək.

Manera.az xəbər verir ki, mühazirə "DRA&U” şirkətinin baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru Conatan Arbibin iştirakı ilə gerçəkləşəcək.

Mühazirədə şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərindən, memarlıq sənətinin əhəmiyyətindən danışılacaq. "DRA&U” şirkətinin fəlsəfəsi – həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda şirkət Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.

Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.

MANERA.AZ


Baxış sayı - 919 | Yüklənmə tarixi: 22.11.2018 19:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930