manera.az
manera.az

“YARAT” da aktyor təlimləri keçiriləcək

📅 09.10.2018 10:50

“YARAT” da aktyor təlimləri keçiriləcək
Noyabrın 6-da "YARAT” Müasir İncəsənət Mərkəzində teatr və kino aktyoru, rejissor, ssenarist, musiqiçi, pedaqoq, Peşəkar Aktyor Təlimi məktəbinin təsisçisi Aleksandr Dzübanın rəhbərliyi ilə aktyor təlimləri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, 17 yaşdan yuxarı insanların qatıla biləcəyi təlimlərdə say məhdudiyyəti 25 nəfərdir. Təliminin müəllifi Aleksandr Dzüba, iştirakçılara hərtərəfli düşünülmüş, çevik tapşırıqlar sistemini təqdim edəcək.

Bu tapşırıqlar özünüzlə üz-üzə görüşməyə imkan verir, daha sonra, sizi öz "sərhədlərinizdən” kənara çıxaracaq və ən nəhayət, sizi büsbütün dəyişəcək.

Müəllifə öz təlimini düşünüb tapmaq, ölçüb-biçmək, hesablamaq və həyata keçirmək üçün iyirmi ildən çox vaxt lazım olub. Peşəkar aktyor üsulları və texnikaları iştirakçılar üçün yeni, bəzənsə gözlənilməz rollara alışmağa imkan verəcək.


Baxış sayı - 867 | Yüklənmə tarixi: 09.10.2018 10:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031