manera.az
manera.az

İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq

📅 20.11.2018 10:33

İsa Muğannanın 90 illik yubileyi qeyd olunacaq
Azərbaycan Respublikası Prezidentinin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” 31 may 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar geniş Tədbirlər Planı hazırlanıb və il ərzində həyata keçirilib.

Tədbirlər Planına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün (20 noyabr), saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçı İsa Muğannanın 90 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Manera.az xəbər verir ki, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə İsa Muğannanın həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına və kinosuna töhfələrindən danışılacaq, ssenari müəllifi olduğu filmlərdən fraqmentlər göstəriləcək.

Həmçinin sevilən xanəndələrin ifasında musiqilər səsləndiriləcək.

MANERA.AZ


Baxış sayı - 867 | Yüklənmə tarixi: 20.11.2018 10:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031