manera.az
manera.az

Kürdəmirdə Kukla Teatrının ilk tamaşası olub

📅 13.11.2018 19:54

Kürdəmirdə Kukla Teatrının ilk tamaşası olub
Kürdəmir rayonunda ilk dəfə olaraq Kukla Teatrı fəaliyyətə başlayıb.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyətə başlayan teatr "Cırtdan” kukla tamaşasını nümayiş etdirib.

Manera.az xəbər verir ki, teatrın ilk tamaşası rayon və kəndlərdən olan azyaşlı uşaqlar, onların valideyn və müəllimləri tərəfindən maraqla qarşılanıb.
Kürdəmirdə Kukla Teatrının ilk tamaşası olub
Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun verdiyi məlumata görə, tamaşada iştirak edən aktyorların əksər hissəsini rayon mədəniyyət mərkəzində çalışan istedadlı gənclər təşkil edir. Gələcəkdə yeni tamaşaların səhnələşdirilməsi və digər rayonlarda da nümayiş olunması nəzərdə tutulub.

MANERA.AZ


Baxış sayı - 1 063 | Yüklənmə tarixi: 13.11.2018 19:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031