manera.az
manera.az

Fərhad Xəlilov “Birlik ulduzları” mükafatı aldı

Fərhad Xəlilov  “Birlik ulduzları” mükafatı aldı
Moskvada Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə mötəbər mükafat 2016-cı ilin yekunlarına görə səkkiz nəfərə təqdim olunub. Təntənəli təqdimat mərasimi MDB ölkələri Elmi və Yaradıcı Ziyalılarının XII Forumu çərçivəsində keçirilib.

MANERA.AZ xəbər verir ki, mükafatı Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets təqdim edərək, tanınmış rəssam Fərhad Xəlilovun yaradıcılığını yüksək qiymətləndirib, onun Azərbaycan və dünya incəsənətində rolundan danışıb.

Qeyd edək ki, bu il “Birlik ulduzları” mükafatını alanlar sırasında Belarus Yazıçılar İttifaqının rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko, Qazaxıstanın “Astana-Opera” teatrının direktor müavini Toleubek Alpiyev, Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev, SSRİ Xalq Artisti, moldovalı bəstəkar Yevgeni Doqa, SSSRİ Xalq Artisti, görkəmli baletmeyster Yuri Qriqoroviç və başqaları da var.

“Birlik ulduzları” dövlətlərarası mükafat 2009-cu ildə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında təqdim olunur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930