manera.az
manera.az

“Əsli və Kərəm” sərgisi keçiriləcək

📅 02.11.2018 16:40

“Əsli və Kərəm” sərgisi keçiriləcək
Noyabrın 9-u, saat 19:00-da gənc rəssamlar Vüsal Rəhim və Günel Ravilovanın “Əsli və Kərəm ev N 9” adlı duet sərgisi keçiriləcək.

Manera.az-ın məlumata görə sərgidə hər iki rəssam müxtəlif dövrlərdə çəkdikləri eskiz və artbuklar, həmçinin “Əsli və Kərəm” adlı yeni performanslarını sərgiləyəcəklər.

Performans adını Azərbaycan məhəbbət dastanlarından olan “Əsli və Kərəm”dən alır. Lakin performans adından fərqli olaraq gözəl sevgidən yox, çatlayan ailə təsvirini və yüzlərlə məişət zorakılığından əziyyət çəkən qurbanları əks etdirir.

Sərgi 11 noyabra qədər 27qm - Tarana's Small Gallery and Café-də (İçərişəhər, Vəli Məmmədov 11, mənzil 9) keçiriləcək.

MANERA.AZ


Baxış sayı - 1 434 | Yüklənmə tarixi: 02.11.2018 16:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031