manera.az
manera.az

“İrrealizm” adlı rəsm sərgisi keçiriləcək

📅 13.02.2018 16:46

“İrrealizm” adlı rəsm sərgisi keçiriləcək

“İrreal – gerçək olmayandır. Sənətin təqdim etdiyi irreallıq isə əslində olandır! Bəs harada? Yalnız düşüncədə, xəyalda, mahiyyətdə! Demək, dünya təkcə reallıqdan – gerçəklikdən ibarət deyil, o həm də dərin, fəlsəfi irreallıqdan ibarətdir.”

Manera.az xəbər verir ki, Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə 19-23 Fevral 2018-ci il tarixində, saat 17.00-da, İnstitutunun sərgi salonunda Azərbaycan Rəssamlar Birliyinin üzvü, tanınmış rəssam Soltan Soltanlının “İrrealizm” adlı rəsm sərgisi keçiriləcəkdir.

Soltan Soltanlının da mənsub olduğu, yaranması üçün çalışdığı irrealizmin əsas məqsədi dünyaya, həyata dərin idraki, fəlsəfi və məntiqi baxış, yanaşmadır. Rəssam öz fantaziyalarına inanır və təsvir etdiyi hadisələrin gerçəkdən ola biləcəyinə tamaşaçıda inam yaradır. Bu təsvirlər qeyri-realdır. Ona görə, o, öz əsərlərini “irreal” adlandırır və ilk dəfə olaraq bu termini rəssamlığa gətirir.

Bu məqsədlə o göstərilən tarixdə əsərlərini sənətsevərə təqdim edəcək.




“İrrealizm” adlı rəsm sərgisi keçiriləcək


Baxış sayı - 1 441 | Yüklənmə tarixi: 13.02.2018 16:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031