manera.az
manera.az

Sevinc Elsevər “Şeytan çarxı”nı təqdim edib

📅 29.10.2018 11:43

Sevinc Elsevər “Şeytan çarxı”nı təqdim edib
Oktyabrın 28-də "Kitabevim.az" Mağazalar Şəbəkəsinin "28 May" filialında "Kitabsevərlər" Hərəkatının "Kitab al, kitab qazandır" layihəsi çərçivəsində yazıçı Sevinc Elsevərin uşaqlar üçün yazdığı "Şeytan çarxı" romanının təqdimatı keçirilib.

Manera.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə hərəkatın rəhbərlərindən Fariz Bayramov açıb.

O, Sevinc Elsevərlə digər ortaq layihələrindən, hərəkatın faəliyyət planından ətraflı danışıb. Nəzərə çatdırıb ki, bu tip layihələr davamlı olacaq.

"Kitab al, kitab qazandır" layihəsinin detalları barədə danışan F.Bayramov deyib ki, kitabın satışından əldə olunan gəlir əsasında müxtəlif bölgələrdən olan uşaqlara kitab, dərs ləvazimatı hədiyyə ediləcək:
Sevinc Elsevər “Şeytan çarxı”nı təqdim edib
"Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsınız, aldığınız hər 2 kitaba görə, 1 kitab hədiyyə üçün ayrılır. Yəni özünüzə almaqla kənd uşaqlarına kitab qazandırmış olursunuz".

Daha sonra naşir, yazıçı Azad Qaradərəli, şair, jurnalist Dalğa Xatınoğlu, kitabın redaktoru, yazıçı Cavid Qədir, yazıçı, jurnalist Mirmehdi Ağaoğlu, Təhsil İnstitutunun əməkdaşı İlahə Eldarqızı S. Elsevərin özünəməxsus yaradıcılığından, yazılarında toxunduğu mövzulardan söz açıblar. Bildiriblər ki, müəllif bütün mətnlərində cəmiyyətin gələcəyi üçün müsbət nələrsə etməyə çalışır.

İştirakçılara təşəkkür edən Sevinc Elsevər ölkədək ikitab indüstriyasından, bu sahədəki problemlərdən söz açıb, qarşıya qoyduğu məqsədlərdən danışıb.

Sonda müəllif oxucular üçün kitab imzalayıb../parafr.az/

MANERA.AZ


Baxış sayı - 1 861 | Yüklənmə tarixi: 29.10.2018 11:43
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031