manera.az
manera.az

Əziz Nesinin “Qum qalalar” toplusu Azərbaycan dilində

📅 16.03.2018 12:10

Əziz Nesinin “Qum qalalar” toplusu Azərbaycan dilində
Aprelin 1-i saat 14:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsində "Kitabsevərlər" hərəkatının 19-cu nəşri, Əziz Nesinin "Qum qalalar" kitabının təqdimatı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, kitabın tərcüməçisi hərəkatın rəhbərlərindən olan Fariz Bayramov, redaktoru yazıçı Cavid Qədirdir.

Fariz Bayramov deyib ki, "2 kitab al, 1 kitab qazandır" kampaniyası çərçivəsində təqdimat günü satılan hər iki kitab ucqar kəndlərdə yaşayan balaca oxuculara bir hədiyyə kitabı qazandıracaq.

Onun sözlərinə görə, uşaqlara əzmli olmağı, xəyallarının arxasınca getməyi aşılayan ibrətamiz 15 hekayədən ibarət "Qum qalalar" kitabını böyüklərin də oxumağında fayda var.

F.Bayramov əlavə edib ki, hədiyyələr Tərtər, Beyləqan, İmişli, Şəmkir, Astara, Yardımlı, Ağcabədi, Cəlilabad, Göyçay rayonlarına göndəriləcək.

Təqdimatın dəstəkçiləri Parafraz saytı, "İçərişəhər BookHouse&Cafe" və Kitabevim.az Kitab Evidir./parafr.az/


Baxış sayı - 1 609 | Yüklənmə tarixi: 16.03.2018 12:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031