manera.az
manera.az

Fərid Hüseyn Sapanca Şeir Gecələrində

📅 10.10.2018 17:34

Fərid Hüseyn Sapanca Şeir Gecələrində
Gənc şair Fərid Hüseyn Türkiyənin Sakarya şəhərində keçirilən “XVIII Beynəlxalq Sapanca Şeir Axşamları”nda iştirak edir.

Manera.az-ın verdiyi məlumata görə şeir axşamları 9-13 oktyabr tarixlərində keçiriləcək.

Beynəlxalq tədbirə əcnəbi ölkələrdən yeddi şair (Somalidan Ladan Osman, Bosniya-Herseqovinadan Safija Vehaboviç-Parganlija, Makidoniyadan Vladimir Martinovski, Ukraynadan Lyudmila Diadçenko, Fələstindən Asmaa Azaizeh, Albaniyadan Ermir Nika, Azərbaycandan Fərid Hüseyn dəvət edilib. Ümumilikdə 29 şairin iştirakçısı olduğu ədəbi festivalın digər təmsilçiləri Türkiyənin seçkin qələm adamlarıdır.

Tədbirin açılış mərasimi oktyabrın 9-da Sakarya Universitetində baş tutub, rəsmi açılışdan sonra şairlər şeirlər oxuyub, tədbir Dilək Türkanın konsert proqramı ilə tamamlanıb.

Ədəbi festival çərçivəsində Kaynarca Anadolu Liseyində, Cəmil Məriç Sosial Elmlər Liseyində, Divan Kitab Kafesində, Serdivan Anadolu İmama Xatib Liseyində, SAÜ Vəqfi Kollecində şeir gecələri, ədəbi tədbirlər, müzakirə panelləri keçiriləcək.


Baxış sayı - 1 590 | Yüklənmə tarixi: 10.10.2018 17:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031