manera.az
manera.az

IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir

📅 27.09.2018 12:24

 IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
Bakıda IX "Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən MANERA.AZ-a bildirilib ki, festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.

Sentyabrın 29-dək davam edəcək festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirəcək.

Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.

Qeyd edək ki, "Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs

Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.
 IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
 IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
 IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir
 IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir


Baxış sayı - 1 576 | Yüklənmə tarixi: 27.09.2018 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031