manera.az
manera.az

Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalı başlayıb

📅 24.07.2018 13:54

Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalı başlayıb
İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Riad pro”nun təşkilatçılığı ilə “Uşaqlar gələcəyimizdir” devizi altında ilk Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub.

Festivalın keçirilməsində əsas məqsəd uşaq-gənclər folklor yaradıcılığının inkişafı, xalqlar arasında mədəniyyət və dostluq körpülərinin qurulmasıdır.

MANERA.AZ xəbər verir ki, tədbirin açılışında “Aysel” və “Cahan” (Azərbaycan), “Vardiza” (Gürcüstan) və “Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər. Rüstəm Zeynallının idarəçiliyi ilə “Şeron” qrupunun çıxışı ilə gecəyə yekun vurulub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Bakının gözəlliyinə valeh olduqlarını bildirib, festivalın yüksək səviyyədə təşkilindən razılıq ifadə edib, bir-birinə milli suvenirlər bağışlayıblar.
Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalı başlayıb
Festivalın iştirakçılarına xatirə plaketləri təqdim edilib.


Baxış sayı - 1 231 | Yüklənmə tarixi: 24.07.2018 13:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031