manera.az
manera.az

“Məhəbbət tanqosu” baleti nümayiş olunacaq

📅 20.09.2018 19:57

“Məhəbbət tanqosu” baleti nümayiş olunacaq
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq.

MANERA.AZ xəbər verir ki, Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın Xalq artisti Liliya Sabitovadır.

Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyevin idarə edəcəyi səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. Birpərdəli baletin truppa rəhbəri Xalq artisti Kamilla Hüseynovadır.

İki gəncin sevgisindən bəhs edən səhnə əsərində onlardan biri həyatını faciəli şəkildə itirsə də, həyatın davam etdiyi, məhəbbətin əbədi olduğu vurğulanır.

bitcoin slot games online slots for bitcoins


Baxış sayı - 1 281 | Yüklənmə tarixi: 20.09.2018 19:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031