manera.az
manera.az

Həsən Seyidbəylinin xatirə gecəsi | MANERA.AZ

📅 28.12.2015 11:34

 Həsən Seyidbəylinin xatirə gecəsi  | MANERA.AZ

Dövlət Film Fondunda Azərbaycanın Xalq Artisti, rejissor, yazıçı və ssenarist Həsən Seyidbəylinin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev, kino tənqidçisi və rejissor Ayaz Salayev, Azərbaycanın Xalq Artisti Şəfiqə Məmmədova, aktrisa Xalidə Quliyeva çıxış edərək rejissorun istedadından, novatorluğundan, Azərbaycan kinematoqrafına yeni nəfəs gətirməsindən, milli kinonu yeni məna və məzmunla zənginləşdirməsindən söhbət açıb, onun haqqında xatirələrini bölüşüblər.

Qeyd edilib ki, rejissorun çəkdiyi “Telefonçu qız”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi” və digər filmlər Azərbaycan kinosunun klassikasıdır. Bu filmlər romantika və humanizmlə doludur. Tamaşaçı qarşısında sadə insanların mənəvi dünyasını incəliklə və səmimiyyətlə açan bu ekran əsərləri Azərbaycan neorealizminin ən yaxşı nümunələridir. Təəssüf ki, çoxlu yaradıcı planları olan rejissor 59 yaşında qəflətən ürəktutmadan vəfat edib.

Gecədə rejissorun çəkdiyi bədii filmlərdən fraqmentlər, habelə Dövlət Film Fondunun arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonda sənətkarın qızı Məryəm Seyidbəyli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığına bildirib. O, Dövlət Film Fonduna atasının əlyazmalarını və nadir şəkillərini hədiyyə edib.


Baxış sayı - 1 566 | Yüklənmə tarixi: 28.12.2015 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031