manera.az
manera.az

Kino mükafatının sahibləri bilindi

📅 01.08.2018 16:29

Kino mükafatının sahibləri bilindi
Azərbaycan Kinematoqrafçılar İttifaqı milli kino günü münasibətilə ənənəvi illik mükafatlarının qaliblərini təsdiq edib.

İttifaqdan MANERA.AZ-a verilən məluumata görə, bu ilki qaliblər xalq yazıçısı Anar ("Azərbaycan kinosu və mədəniyyəti qarşısında misilsiz xidmətlərinə görə"), bəstəkar Rauf Əliyev ("Eviniz abad" filminin musiqisinə görə - ölümündən sonra) və Ramiz Abutalıbovdur ("Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işində xidmətlərinə" görə).

“İttifaqın ənənəvi illik mükafatının məqsədi kinomuzda pozitiv tendensiyaları qeyd etməkdir. Kinonun inkişafı Dövlət Proqramının realizə olunmaması həyacan doğurur. Proqramın bir çox maddələri öz həllini gözləyir. İttifaqın katibliyi çətin durumla bağlı təcili addımların atılacağına ümid edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik edir” – deyə ittifaq katibliyindən bildirilib.


Baxış sayı - 1 078 | Yüklənmə tarixi: 01.08.2018 16:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031